bank 1

Azərbaycanda planlaşdırılan islam bankçılığı “pəncərələri” banklar üçün yeni gəlir mənbələri yaradacaq.

Globalinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Agentliyin hesabatına görə, Azərbaycan Mərkəzi Bankı 2026-cı ildən etibarən islam bankçılığı məhsullarının tətbiqinə başlanılacağını açıqlayıb.

Xəbərdə qeyd olunur ki, ölkədə islam maliyyəsinin inkişafı üçün əlavə tənzimləyici tədbirlər görülməsi, o cümlədən Mülki Məcəlləyə, “Banklar haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Əsas təkliflərdən biri isə islam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsidir.

Paylaş: