Ukrayna İtaliyanın 6–22 fevral 2026-cı il tarixlərində keçiriləcək Qış Olimpiya Oyunları zamanı qlobal atəşkəs rejiminin yaradılması təşəbbüsünü dəstəklədiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Heorhi Tıxyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, Kiyev bu çağırışı alqışlayır və Rusiya ilə təkcə Olimpiada zamanı deyil, istənilən vaxt atəşkəsə hazırdır.
Tıxyi Ukraynanın əvvəllər də ABŞ-ın oxşar təklifinə razılıq verdiyini, lakin Moskvanın bu təşəbbüslərə məhəl qoymadığını əlavə edib.
Xatırladaq ki, 2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik rejimi qüvvədədir və bu qərar bir neçə dəfə uzadılıb.
Tahir Turan