HƏMAS rəhbərlərindən Xəlil əl-Hayiyə müharibənin başa çatdığını bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Əl-Hayiyənin sözlərinə görə, razılaşma Qəzza zolağının cənubundakı Rafa sərhəd keçidinin hər iki istiqamətdə açılmasını nəzərdə tutur. Bu addım bölgəyə humanitar yardımın daxil olmasına və mülki əhalinin təhlükəsiz keçidinə şərait yaradacaq. Bundan başqa, ömürlük həbs cəzası alan 250 fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək.
“Biz girovları məhbuslarla dəyişəcəyik: azadlığa 250 nəfər çıxacaq — onlar ömürlük həbsə məhkum edilmiş şəxslərdir. Bundan əlavə, 2023-cü il oktyabrın 7-dən sonra həbs edilən 1700 fələstinli də azad olunacaq. Həmçinin, həbsdə olan bütün yetkinlik yaşına çatmayan fələstinlilər və qadın məhbuslar da sərbəst buraxılacaq”, – o deyib.
Hazırda tərəflərin razılaşmanın təfərrüatlarını rəsmi şəkildə təsdiqləməsi gözlənilir.
Tahir Turan
Globalinfo.az