2025 05 06T020404Z 2004015312 HP1EL5605QQMP RTRMADP 3 USA MET BALL pic4 zoom 1500x1500 65824

Məşhur reper Nikki Minajın ABŞ-dan deportasiya edilməsinı çağırış edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı petisiya yaradılıb.

“Petisiyanın müəllifləri sənətçinin ABŞ qanunlarını və əxlaqını pozduğuna inanırlar”, – deyə bildirilib.

Qeyd olunub ki, Minajın əri Kennet Petti cinsi zorakılığa görə məhkum edilib. İddia edilir ki, müğənni ərinin qurbanlarını qorxudub və hədələyib:

“Bu, təkcə şəxsi şikayət deyil, ictimaiyyəti narahat edən məsələdir. Nikki Minajın nüfuzlu statusu ona qanunları və əxlaq normalarını pozmaq hüququ vermir. Reperin hərəkətləri göstərdi ki, o, təkcə hücum etdiyi şəxslər üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükə yaradır”, – petisiyada yazılıb.

Hazırda petisiyanı 456 nəfər imzalayıb.

Qeyd edək ki, Niki Minaj daha əvvəl köməkçisini döyməkdə ittiham olunub.

Günel Cəlil
Globalinfo.az

Paylaş: