makron64

Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən siyasi böhran fonunda istefa verməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Bərabərlik və Ayrı-seçkiliyə Qarşı Nazir vəzifəsini icra edən Aurore Berger deyib.

Prezident istefa verməməlidir və olmayacaq da. Makron demokratik yolla seçilib”, – o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 6-da Yelisey sarayı Fransanın baş naziri Sebastien Lekornunun istefa ərizəsini təqdim etdiyini və Makronun bunu qəbul etdiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: