makaron

İtaliya və ABŞ arasında makaron məmulatlarına görə narazılıq yaranıb. 

Globalinfo.az xəbər verir ki, İtaliya ABŞ hakimiyyətinin makaron məmulatlarının idxalına tətbiq etdiyi əlavə antidempinq rüsumlarından dərin narahat olduğunu bildirib. 

Dövlət Departamenti qeyd edib ki, yeni tariflərə görə ABŞ-da italyan makaronunun qiymətləri təxminən iki dəfə artacaq.

Bu baxımdan, Roma Vaşinqtona təzyiq göstərmək üçün Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: