2024 09 27T151130Z 1644867611 RC229AAWOFKQ RTRMADP 3 UN ASSEMBLY pic 32ratio 900x600 900x600 95658

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə girovların azad ediləcəyinə ümid etdiyini bildirib. 

Globalinfo.az xəbər verir ki, o, bu barədə yayımladığı video müraciətində danışıb.

Netanyahu bəyan edib ki, İsrail çox böyük nailiyyətin astanasındadır, lakin proses hələ yekunlaşmayıb. Onun sözlərinə görə, Fələstinin radikal HƏMAS hərəkatı hərbi və diplomatik təzyiqlər nəticəsində girovları azad etməyə razılaşıb.

Baş nazir qeyd edib ki, İsrail nümayəndə heyəti girovların azad olunması ilə bağlı texniki detalların razılaşdırılması üçün Qahirəyə yollanacaq.

Netanyahu həmçinin vurğulayıb ki, razılaşmanın ikinci mərhələsi, yəni girovlar azad edildikən sonra HƏMAS-ın tərksilah edilməsini və Qəzza zolağının silahsızlaşdırılmasını nəzərdə tutur.

“Bu, ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq ya diplomatik yollarla, ya da bizim tərəfimizdən hərbi vasitələrlə həyata keçiriləcək”, – deyə İsrail Baş naziri bildirib.

Tahir Turan 

Globalinfo.az

Paylaş: