68d697fd93a7268d697fd93a73175889407768d697fd93a7068d697fd93a71

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna ərazisində Macarıstan hərbi pilotsuz təyyarəsinin (PUA) olması ilə bağlı iddiası həqiqəti əks etdirmir.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstan Müdafiə Nazirliyi “Telex” portalına bildirib. Qeyd olunub ki, məlumatlar həqiqətə uyğun deyil:

“Zelenskinin Ukrayna ərazisində Macarıstan PUA-sının olması ilə bağlı açıqlaması həqiqətə uyğun deyil. Macarıstan Silahlı Qüvvələri medianın Macarıstan–Ukrayna sərhədində məlumat verdiyi iddia edilən pilotsuz uçuşu həyata keçirməyib”.

Bundan əvvəl Zelenski çıxışında Ukrayna sərhədinin kəşfiyyat aparatları tərəfindən pozulduğunu və onların Macarıstana məxsus ola biləcəyini söyləmişdi. Lakin Kiyev bu iddia ilə bağlı heç bir sübut təqdim etməyib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə Zelenskinin sözlərini sərt tənqid edərək bunu macarofobiyanın ifadəsi adlandırıb.

Tahir Turan
Globaıinfo.az

Paylaş: