İranın xarici işlər naziri Abbas Əraqçının “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabından mavi işarə silinib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd olunub ki, bu, bir müddət öncə İranın sabiq XİN rəhbəri Cavad Zərifin hesabında da müşahidə olunmuşdu.
Mavi işarə istifadəçilərin rəsmi və təsdiqlənmiş şəxsiyyətini göstərir. Onun silinməsi isə beynəlxalq platformada rəsmi etibarın və tanınmanın zəifləməsi kimi qiymətləndirilir.
Hazırda bunun səbəbləri barədə sosial şəbəkə rəhbərliyi açıqlama verməyib.
Tahir Turan
Globalinfo.az