Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini miqrant böhranını həll edə bilmədikləri üçün qınayıb.
Globalinfo.az bildirir ki, Trampın sözlərinə görə, Avropa ölkələrində miqrantların törətdiyi cinayətlərin statistikası artmaqda davam edir.
Ancaq Birləşmiş Ştatlar bu problemin həllini tapıb.
“Ölkələriniz cəhənnəmə doğru gedir. Amerikada biz nəzarətsiz miqrasiyaya qoymaq üçün qətiyyətli addımlar atdıq. Sərhədi keçən hər kəsi saxlayıb deportasiya etməyə və ABŞ-dan qeyri-qanuni mühacirləri qovmağa başlayan kimi onlar sadəcə gəlməyi dayandırdılar”, – Tramp bildirib.
ABŞ prezidenti bəyan edib ki, Avropa qanunsuz mühacir dalğasına bürünür və problemlə mübarizə üçün heç kim heç nə etmir.
“Londonun dəhşətli bir meri var. Şəhər çox dəyişib. İndi onlar şəriət qanunlarını tətbiq etmək istəyirlər. Amma bunu edə bilməzlər. Qısacası, Avropa ciddi bəlaya düçar olub”, – Tramp vurğulayıb.
Əliyar Xəlil