f 91

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər bacı 2017-ci il təvəllüdlü Gülay Əlizadə, qardaşı 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki mərtəbəli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən “Mercedes” markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

Faktla bağlı araşdırma aparılır.

68cce7c0b683168cce7c0b68331758259136a5c9ce4ae993cc0bfbac0d933e1e9895
68cce7c0e889268cce7c0e88931758259136cd0994e3e1565ae9aaa8f6510aeb31e5
68cce7c15e93c68cce7c15e93d1758259136f0379ac25971e6d72cf4c9b2c5d86f49

Paylaş: