1701860762 zaxarova 2 900x605 1

“Rusiyanın Ermənistanla mövqeyi suveren bərabərlikdən ibarətdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, Rusiyanın İrəvanın müstəqil qərarlarını nəzərə almaq istəməməsi ilə bağlı iddiaları belə cavablandırıb:

“Rusiyanın Ermənistanla münasibətlərini qurduğu prinsiplər, o cümlədən suverenlik və müstəqilliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ikitərəfli münasibətlərin əsas sənədlərində təsbit olunub. Rusiya rəsmiləri adından ritorika uyduran hər kəs özünü alçaltdığını başa düşməlidir. Mən heç vaxt rus siyasətçilərinin və məmurlarının söz ehtiyatında, ritorikasında, yazılı, şifahi, ictimai və ya şəxsi nitqlərində Ermənistana aid bu cür sözləri eşitməmişəm və rast gəlməmişəm”, – Zaxarova vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: