Rusiya səfiri Rumıniya XİN-ə çağırıldı

Rusiya səfiri Rumıniya XİN-ə çağırıldı

Rusiyanın Rumıniyadakı səfiri Vladimir Lipayev Rusiya pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava məkanını pozması ilə bağlı xəbərlərdən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Bəyanatda qeyd olunur ki, Rumıniya tərəfi bu hadisəni qəbuledilməz və məsuliyyətsiz addım, dövlət suverenliyinin pozulması kimi qiymətləndirərək Moskvaya etirazını çatdırıb.

Bundan əlavə, Rusiya tərəfindən gələcəkdə Rumıniyanın hava məkanının pozulmaması üçün dərhal bütün tədbirlərin görülməsi tələb olunub.

Tahir Turan
Globalinfo.az