1675347490.328687405 733046301740937 5811488840702349896 n

Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yeni direktor təyin edilib.

Globalinfo.az xəbər verir ki, müvafiq qərarla bu vəzifəyə İlkin İsmayılov təyin edilib.
Qeyd edək ki, İlkin İsmayılov bu təyinata qədər Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın Baş həkimi vəzifəsində çalışıb.

Xatırladaq ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilib

Paylaş: