Litva prezidentinin təyyarəsində həyəcanlı anlar: 30 dəqiqə…

Litva prezidentinin təyyarəsində həyəcanlı anlar: 30 dəqiqə...

Litva Prezidenti Gitanas Nausedanın olduğu təyyarə Vilnüsə enişini təxirə salmaq məcburiyyətində qalıb.

Globalinfo.az xəbər verir ki, buna səbəb hava məkanında pilotsuz uçan aparatın görünməsi olub.

Göyərtəsində dövlət başçısı, xanımı və Litva nümayəndə heyətinin olduğu təyyarə təxminən otuz dəqiqə ərzində paytaxtın səmasında dövr edib.

Hadisə Helsinkidən qayıdarkən baş verib.

“Oro Naviqasiya” uçuşu idarəetmə xidmətinin məlumatına görə, aeroport ərazisində mənşəyi naməlum pilotsuz uçuş aparatı barədə siqnal daxil olduqdan sonra dərhal standart təhlükəsizlik prosedurları tətbiq edilib.

Araşdırma zamanı Vilnüs Beynəlxalq Hava Limanında bütün təyyarələrin hərəkəti dayandırılıb.

Yalnız mütəxəssislər təhlükənin aradan qalxdığını hesab etdikdən sonra eniş bərpa edilib. Prezident təyyarəsi cüzi gecikmə ilə sağ-salamat eniş edib.

Əliyar Xəlil
Globalinfo.az