“Rusiya ilə Azərbaycan arasında münasibətlər sonda dostluq kanalına qayıdacaq və mən buna əminəm”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
Onun sözlərinə görə, mövcud çətinliklərə baxmayaraq, iki ölkə arasında əməkdaşlıq xüsusilə iqtisadi sahədə qarşıdurmadan qat-qat faydalıdır.
“Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür. İstiləşmə qaçılmazdır. Bu, sadəcə zaman məsələsidir. Vəziyyət çətindir, lakin tədricən bütün məsələlər öz həllini tapacaq”, – Çepa vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az