Rusiya və Ukrayna hərbi əsirlərin mübadiləsi ilə bağlı qarşılıqlı görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.
Globalinfo.az bildirir ki, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova məlumat verib.
Onun sözlərinə görə, Kursk vilayətindən olan Rusiya vətəndaşlarının Ukrayna ərazisindən geri qayıtmasının dəqiq tarixi hələ müəyyən edilməyib, lakin bunun yaxın gələcəkdə baş verəcəyi gözlənilir.
Bundan əlavə, tərəflər hərbi əsirlərin saxlanması üçün 2 min ədəd qarşılıqlı bağlama göndərmək barədə razılığa gəliblər.
Əliyar Xəlil