ed82a9ac 4e21 432f 8a07 5d9402b1ee39

Fevral 1-də Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub.

Globalinfo.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verilib.

Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbiçinin olduğu “Niva”-da hərbiçi və digər sərnişin F.Hüseynova yaralanıb. Onlar bədənin əzniyi xəsarəti alıb. Sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev isə hadisə zamanı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Zaira Akifqızı

Globalinfo.az 

be10cf70 14c1 4425 95f4 6474f55aac35 3120add4 1abc 45f9 af78 9a54292e8053 d0b1fcea a854 49bd 90df 02b4f683e34e

Paylaş: