erdogan putin 3

19:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfər edəcək.

Globalinfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Çin lideri Si Cinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qatılacaq.

Ərdoğan administrasiyası onun Çində keçiriləcək ŞƏT sammitində iştirakını təsdiqləyib, Si Cinpinlə danışıqlar gözlənilir.

Kremlin mətbuat xidmətinin məlumatına görə, TürkiyəRusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə görüşü çərçivəsində bir araya gələcək.

XXX

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində iranlı həmkarı Məsud Pezeşkianla da görüş keçirəcək.

Məlumata görə, 31 avqustda keçiriləcək görüşdə ikitərəfli əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.

Paylaş: