xanim qafarova

Mərhum aktrisa Xanım Qafarovanın qızı Bakı Dövlət Universitetinə qəbul olunub.

Globalinfo.az metbuat.az-a istinadən bildirir ki, mərhum Xalq artisti, sevilən aktrisa Xanım Qafarovanın qızı Gövhər Qafarova uğurlu nəticə göstərərək Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub.

O, təhsilini dövlət sifarişi əsasında davam etdirəcək.

Qeyd edək ki, Xanım Qafarova Azərbaycan teatr və kino sənətində yaddaqalan obrazları ilə tamaşaçıların sevimlisinə çevrilmiş, öz sənətkarlığı ilə ölkənin mədəni həyatında dərin iz qoyub.

6e0227e90c8d74211afd1828be5b4f8b

Paylaş: