Hindistanın Naqpur şəhərində festival iştirakçıları ABŞ prezidenti Donald Trampın heykəlini yandırıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
Məlumata görə, buna səbəb ABŞ-ın Hindistan mallarına tətbiq olunan rüsumları artırmasıdır.
Qeyd olunur ki, bu il Marbat festivalı Amerika prezidentinin ölkə ilə bağlı siyasətinə, xüsusən də Hindistan mallarına 50% rüsum tətbiq olunmasına etirazın ifadəsi kimi keçirilir.
Ənənəvi olaraq, Marbat festivalı hind xalqının “müsibət və korrupsiyadan xilas olmaq” istəyini əks etdirən sosial mesaj rolunu oynayır.
Xatırladaq ki, avqustun 6-da ABŞ Hindistanın Rusiyadan neft və neft məhsullarını almasına cavab olaraq bu ölkədən idxalına rüsumları 25%-dən 50%-ə qaldırdığını elan edib.
— Newsfeed (@Newsfeed883920) August 23, 2025
Əliyar Xəlil