7f97379b2eed4c8bc51f8f99a4886bf5

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən “Hizbullah”a məxsus bir sıra hərbi obyektlərə hava zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, zərbələr əsasən təşkilatın raket infrastrukturu, o cümlədən raket buraxılış qurğuları, silah-sursat anbarları və digər hərbi obyektləri hədəfə alıb.

İsrail ordusunun məlumatına görə, “Hizbullah”ın silahlı qruplaşmaları daha əvvəl zərbələrə məruz qalmış ərazilərdə öz fəaliyyətini bərpa etməyə çalışır.

“Hizbullah”ın silahlandırılması və fəaliyyəti İsraillə Livan arasında mövcud atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır. İsrail Müdafiə Qüvvələri dövlətimizin təhlükəsizliyinə yönələn hər cür təhdidi aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək”, – deyə açıqlamada bildirilib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: