IMG 20250821 234655

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı şəhid qızı onun qarşısında çıxış edib.

Globalinfo.az xəbər verir ki, xanım Prezident İlham Əliyevə minnətdarlığını bildirib:

“Bu gün sizinlə və sizin ailə üzvlərinizlə fəxr edirəm ki, mənim atamın şəhid olduğu bu torpağa sizin sayənizdə ayağ basa bilmişəm. Minnətdarlığımı bildirirəm sizə. Xalq olaraq sizinlə qürur duyuruq”.

Görüş zamanı Birinci Qarabağ müharibəsi şəhidlərindən birinin qızı ilə dövlət başçısının kövrək söhbəti:

Qadın sakin: Mən Sizə təşəkkürümü bildirirəm. Atam 1993-cü ildə şəhid olub.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Bu gün Sizinlə, ailə üzvlərinizlə, dövlətimizlə fəxr edirəm. Ona görə ki, atamın şəhid olduğu bu torpağa mən bu gün Sizin sayənizdə ayaq basa bilmişəm, gələ bilmişəm. Sizə minnətdarlığımı bildirirəm. Bütün xalqımız Sizinlə qürur duyur. Hər zaman var olasınız.

Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayıb.

Qadın sakin: Qalmayıb, bəli, çox şükür.

Prezident İlham Əliyev: Onların qanını yerdə qoymadıq. Həm Birinci, həm İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını biz döyüş meydanında aldıq. Bu, bütün şəhid övladları üçün bir təsəllidir.

Qadın sakin: Bu gün biz qürur hissi ilə buradayıq, torpağımızdayıq. Sizin sayənizdə. Minnətdarıq Sizə.

Mehriban xanım Əliyeva: Siz də gəlin, bu tərəfdə dayanın.

Qadın sakin: Yanınıza keçmək olar?

Prezident İlham Əliyev: Bəli, bəli. Əlbəttə.

Paylaş: