Azərbaycanda internet problemi yaşandı – Genişmiqyaslı kiberhücum

Azərbaycanda internet problemi yaşandı - Genişmiqyaslı kiberhücum

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

Bu barədə Globalinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib.

Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.

Atılan addımlar nəticəsində “Delta Telekom”a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. “Delta Telekom”un xidmətləri bərpa olunub.

***16:14

Ölkə ərazisində internetlə bağlı problem yaşanır.

Globalinfo.az-ın xəbərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bakupost.az-a bildirilib ki, hazırda problemin səbəbi ilə bağlı araşdırma aparılır, ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, problem həm provayderlərdə, həm də mobil operatorlarda müşahidə edilir. Bəzi istifadəçilərdə sosial şəbəkələr açılsa da, digərlərində, ümumiyyətlə, heç bir internet resursuna giriş mümkün deyil.

***15:56

Bir çox istifadəçi artıq internetlə bağlı problemin aradan qaldırıldığını bildirib.

X X X

Vətəndaşlar qeyd edir ki, internetin olmaması səbəbindən hazırda nağdsız ödənişlərdə və ödəmə terminallarında çətinliklər müşahidə edilir. 

X X X

Azərbaycanda internet problemi yaşanır. 

Globalinfo.az xəbər verir ki, problem həm provayderlərdə, həm də mobil operatorlarında müşahidə edilir.

Bəzi istifadəçilərdə sosial şəbəkələr açılsa da, digərlərində, ümumiyyətlə, heç bir internet resursuna giriş mümkün deyil.