1200x675 cmsv2 3a596f2e dd31 557e aa9b eed3202f81f0 7602348

ABŞ-ın maliyyə naziri Skott Bessent “Fox News”a verdiyi müsahibədə Prezident Donald Trampın Avropa ölkələrinə satılan və sonradan Ukraynaya ötürülən silahlara 10 faiz qiymət artımı tətbiq etdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Bessentin sözlərinə görə, Tramp bu məsələni ehtiyatla izləyir və qiymət artımının əsas məqsədi əlavə xərcləri, xüsusilə də hava dəstəyi ilə bağlı maliyyəni qarşılamaqdır.

Nazir qeyd edib ki, ABŞ silahları öncə Avropa dövlətlərinə satır, daha sonra həmin ölkələr bu silahları Ukraynaya ötürürlər.

Bessent həmçinin bildirib ki, avqustun 18-də Trampın Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ilə görüşündən dərhal sonra ABŞ Prezidentinin Rusiya lideri Vladimir Putinlə telefon danışığının şahidi olub.

Tahir Turan
Globalinfo.az

Paylaş: