Ukraynanın Poltava vilayətində sakinlərə səhvən radiasiya təhlükəsi barədə xəbərdarlıq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə regionun hərbi administrasiyasının rəhbəri Vladimir Koqut özünün Teleqram kanalında məlumat yayıb.
O, xəbərdarlıq sistemində texniki nasazlıq baş verdiyini bildirib.
“Hava hücumu siqnalı əvəzinə səhvən radiasiya təhlükəsi elan edilib”, – Koqut qeyd edib.
Səhv xəbərdarlıq bölgədə ciddi təşvişə səbəb olub.
Əliyar Xəlil
Globalinfo.az