owl detail 620 7d196c2a7c1f6f1e71b2c9ba8a65d4c6


Rusiya Prezidenti Vladimir Putin ABŞ tərəfi ilə Alyaskada keçirilən danışıqlara geyindiyi geyimə görə xarici işlər naziri Sergey Lavrovu zarafatla “imperialist” adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Pavel Zarubin paylaşım edib.

Sammitin əvvəlində ABŞ-ın dövlət katibi Marko Rubio Lavrovun görünüşünə heyran qaldığını bildirib:

“Köynəyiniz xoşuma gəlir”, – deyə o bildirib.

Putin isə bu komplimenti zarafata çevirərək cavab verib: “Bu bir eyhamdır? Onu sizə hədiyyə edəcək!”

Bundan sonra Lavrov Rusiya Prezidentinə bildirib ki, söhbət onun üzərində “SSSR” (SSRİ) yazılmış ağ sviterindən gedir. Putinin reaksiyası belə olub: “İmperialist!”

Qeyd edək ki, bundan əvvəl “Selsovet” brendinin yaradıcısı Yekaterina Varlakova Lavrovun sviteri ilə bağlı detalları açıqlamışdı. Onun sözlərinə görə, sammitdən öncə Rusiya Xarici İşlər Nazirliyi əməkdaşlar üçün bu sviterdən kiçik bir partiya sifariş etmişdi.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: