thumbs b c 14bd0583dc142ac5255a5cb54de306fa

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubunda yerləşən Hizbullah hədəflərinə hava hücumları həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İsrail Ordusunun radiosu yayıb.

Hücumların Hizbullahın hərbi infrastrukturu və mövqelərinə qarşı yönəldiyi bildirilir. Hadisə bölgəsində dağıntılar və yanğınlar müşahidə olunduğu, itkilərlə bağlı dəqiq məlumatın hələlik verilmədiyi qeyd olunur.

Qeyd edək ki, son günlər İsrail-Livan sərhədində gərginlik daha da artmaqdadır.

Tahir Turan
Globalinfo.az

Paylaş: