Əli Laricani İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi vəzifəsinə təyin edilib.
Globalinfo.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian sərəncam imzalayıb.
Qeyd edək ki, Əli Laricani bundan əvvəl İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri vəzifəsini tutub.