mossad 344 900x544 2

İranın xüsusi xidmət orqanları bu ilin iyun ayında İsraillə 12 günlük müharibə zamanı 23 yüksək vəzifəli məmura qarşı sui-qəsdin qarşısını alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

“İsrailin 12 günlük müharibə zamanı ölkənin 23 yüksək vəzifəli məmurunun öldürülməsinə yönəlmiş planlarını, həmçinin müharibədən əvvəlki aylarda 13 oxşar sui-qəsdi aşkar etmək və neytrallaşdırmaq mümkün olub. Bu da 35 yüksək vəzifəli mülki və hərbi məmurun öldürülməsinin qarşısını alıb”, – nazirliyin hesabatında qeyd olunur.

“MOSSAD-ın başçılıq etdiyi monarxist müxalifət qüvvələri küçələrdə iğtişaşlar törətməyi planlaşdırırdı. Bu ssenarinin qarşısı 23 əyalətdə 122 agentin həbsi ilə alınıb. Xaricdə təlim keçmiş 53 agent həbs edilib, onların bazaları müəyyən edilib, silah-sursat götürülüb, qruplaşma zərərsizləşdirilib.

98 əməliyyatçı saxlanılıb və ya təhlükəsizlik qüvvələrinə çağırılıb.

Kürdüstana gedən 6 əsas silah partiyası və terror qruplaşmasının İraq Kürdüstanındakı hərbi qanadının logistika şəbəkəsi uğurla məhv edilib”, – nazirlik qeyd edib.

Paylaş: