27554ba5 cf3a 3d1d 8790 319b3c2e2542 850

Rusiya ilə Şimali Koreya arasında dəniz əlaqəsinin bərpası məsələsi nəzərdən keçirilir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya tərəfdən iki ölkə arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya rəhbərlik edən Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov deyib.

“Biz ölkələrimiz arasında istənilən əlaqə formalarını nəzərdən keçiririk”, – o deyib.

Qeyd olunur ki, Moskvadan Şimali Koreyanın paytaxtı Pxenyana ilk birbaşa reys bazar günü Moskva vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 20:00) Şeremetyevo hava limanından yola düşəcək.

Paylaş: