Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, söhbət zamanı Qəzzada humanitar vəziyyətin sürətlə pisləşməsi və bölgədəki son gərginliklər əsas müzakirə mövzusu olub.
Ərdoğan beynəlxalq ictimaiyyətin təcili müdaxiləsinə ehtiyac olduğunu vurğulayaraq bölgədə sülhün bərqərar olması üçün İsrail-Fələstin münaqişəsinə son qoyulmalı və iki dövlətli həll yolunun həyata keçirilməsinin vacibliyini dilə gətirib.
Türkiyə lideri eyni zamanda Fransanın Fələstini müstəqil dövlət kimi tanımaq qərarını alqışlayıb və Makronu bu addıma görə təbrik edib.
Tahir Turan
Globalinfo.az














