1751054194 685eec01937bc685eec01937bd1751051265685eec01937ba685eec01937bb

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı biznesmen Elvin Şükürovun saxlanıldığı bildirilir.

Globalinfo.az xəbər verir ki, o, Sverdlovsk vilayətinin Pervouralsk ərazisində qanunsuz spirt istehsalı və qablaşdırılması ilə məşğul olan yeraltı sexin fəaliyyətində şübhəli bilinir.

İlkin məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sexdə nəhəng miqdarda saxta içki, etiket və qablaşdırma vasitələri aşkar olunub. Elvin Şükürovun həmin istehsalat obyektinin təşkilində və idarə olunmasında iştirak etdiyi ehtimal olunur.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: