BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağında humanitar yardım axtaran mülki şəxsləri güllələməsini sərt şəkildə pisləyib.
Globalinfo.az xəbər verir ki, o, vəziyyətin ağırlaşdığını bildirərək dərhal atəşkəsə və humanitar yardıma maneələrin aradan qaldırılmasına çağırıb.
“Həftə sonu Qəzzada ailələrinə kömək etmək istəyən insanların kütləvi şəkildə güllələnməsinin bir daha şahidi olduq. Mən bu dəhşətli və qeyri-insani hərəkəti qətiyyətlə pisləyirəm”, – deyə Quterreş bildirib.
BMT baş katibi eyni zamanda girovların dərhal azad edilməsinin və İsrailin BMT-nin rəhbərlik etdiyi humanitar yardım agentliklərinə maneəsiz girişə icazə verməsinin vacibliyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az