Pakistan Əfqanıstandakı Taliban hökumətinə müharibə elan edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan müdafiə naziri Xavaca Asif məlumat yayıb.
“Biz açıq müharibəyə başlayırıq. Bu, qanlı müharibə olacaq”, – X.Asif bildirib.
***10:06
Pakistanın Baş naziri Məhəmməd Şehbaz Şərif və Prezidenti Asif Əli Zərdari Əfqanıstan Taliban qüvvələri ilə sərhəddə gərginliyin artması fonunda ölkənin suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarını müdafiə etmək əzmini təsdiqləyən sərt bəyanatlar veriblər.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ölkə rəhbərliyinin açıqlamaları Pakistan–Əfqanıstan sərhədində baş verən toqquşmalar fonunda səsləndirilib.
Qeyd edək ki, iki ölkə arasında toqquşmalar zamanı ölənlər var. Mənbələr sərhəd xəttində şiddətli döyüşlərin getdiyini bildirirlər.