Ukrayna Prezidenti Volodimir Zelenski yeni müdafiə naziri Denis Şmıxala bir sıra tapşırıqlar verib.
Globalinfo.az xəbər verir ki, bu barədə RBC-Ukrayna yazıb.
“Tapşırıqlardan biri Ukrayna ordusunda yerli istehsal olan silahların payının 50 faizə çatdırılmasıdır. Bu vəzifə altı ay ərzində yerinə yetirilməlidir. Əsas prioritetlərə pilotsuz uçan aparat operatorlarının öyrədilməsi və bütün infrastrukturun dəstəklənməsi daxildir”, – təlimatların siyahısında qeyd edilib.
Xatırladaq ki, iyulun 17-də Ukrayna Ali Radası Şmıxalı müdafiə naziri təyin edib.
Əliyar Xəlil
Globalinfo.az