Qərbdə mətbuatın Azərbaycanla bağlı ictimai rəyə təsiri təəssüf ki, ədalətsiz və neqativdir.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
“Biz istəyərdik ki, bu dəyişsin. Lakin hələ ki, bu işləmir. Bu o demək deyil ki, biz fəal deyilik, biz işləyirik. Amma bəzi qaydalar və prosedurlar var” – deyə, ölkə başçısı əlavə edib.