Bakıda “New Yorker” mağazasından yayılan görüntülər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. İddialara görə, geyinmə otaqlarına kameralar quraşdırılıb. Bu isə müştərilər arasında narahatlıq yaradıb.
Qanunvericilik bu barədə nə deyir? Mağaza sahiblərinin məsuliyyəti nədən ibarətdir?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, mağazalarda geyinmə otaqlarına kamera yerləşdirilməsi şəxsi həyata müdaxilə kimi qiymətləndirilə bilər:
“Belə yerlərə gizli şəkildə kameranın yerləşdirilməsi şəxsi həyata qanunsuz müdaxilədir. Qadın və ya kişi olması önəmli deyil, hər iki halda bu, hüquqi məsuliyyət yarada bilər. Hətta həmin görüntülər şantaj məqsədilə istifadə olunarsa, bu, artıq Cinayət Məcəlləsinə əsasən cinayət tərkibli əməldir. Amma kamera sadəcə qeydə alırsa və məqsəd mübahisəlidirsə, bu halda məsələ mülki icraat qaydasında həll edilir”.
Mehman Muradlı
Vəkilin sözlərinə görə, qanunvericilikdə bu məsələyə dair qəti bir norma yoxdur:
“Hər belə halın avtomatik olaraq hüquq pozuntusu kimi tanınması qanunla açıq şəkildə göstərilməyib. Lakin konkret faktlar və sübutlar varsa, mağaza sahibləri barəsində məhkəmədə iddia qaldırmaq mümkündür”.
View this post on Instagram
Zaira Akifqızı
Globalinfo.az