WhatsApp Image 2025 02 25 at 17.23.46

“2022-ci il oktyabrın 6-da mən Ermənistanın ərazi bütövlüyünü tanıyan sənədə imza atdım. Bu, həm də Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyirdi”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol paşinyan jurnalistlərə açıqlamasında deyib.

O, sözügedən tarixlərdə sərhəddə vəziyyətin gərgin olduğunu bildirib:

“O zaman mən KTMT-yə təhlükəsizliyin müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirmələri üçün müraciət etdim. Onlar Ermənistanın sərhədlərinin “qırmızı xətt” olduğunu demişdilər. Lakin sentyabr hadisələrində bizə cavabları gözlənilməz oldu. Dedilər ki, döyüşlərin olduğu ərazinin Ermənistana məxsus olub-olmaması dəqiq deyil. O zaman qonşularımızın ərazi bütövlüyünü tanımadan özümüzkini tanıda bilməyəcəyimizi anladıq. Bu səbəbdə oktyabrın 6-da o sənədə imza atmaqla düzgün  iş görmüşəm. Tək səhvim bunu hesablamamaq idi. Kaş daha əvvəldən edərdim”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: