epi

Polis tərəfinfən saxlanılan reper Əkbər Novruzlu həbs olunub.

Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı məhkəmə qərar qərar verib.

O, inzibati qaydada 30 sutka müddətinə həbs edilib.

Qeyd edək ki, Əkbər Novruzlunun (“Epi”) bir neçə gün əvvəl Bakı bulvarında keçirilən tədbirdə söyüş yer alan repə görə saxlandığı bildirilir. Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Faktla bağlı araşdırma aparılır.

X X X

Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan “Epi” ləqəbli reper Əkbər Novruzlunun saxlanma səbəbi məlum olub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, araşdırmalarla Ə.Novruzlunun narkotik vasitə istifadəçisi olduğu üzə çıxıb.

O, həmin fakta görə saxlanılıb.

***13:51

“Epi” adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində söyüş və əxlaqsız ifadələrin yer aldığı repin səbəb olduğu bildirilir.

Bakı bulvarındakı tədbir zamanı açıq məkanda səsləndirilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda reperlə bağlı araşdırma gedir.

tedbirrr

Paylaş: