Zəlzələ anı canlı efirdə – VİDEO

Bu gün səhər saatlarında baş verən zəlzələ anı Xəzər Televiziyasının canlı efirində də hiss edilib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, dekabrın 7-də yerli vaxtla 8:16 radələrində baş verən zəlzələ Bakıda və ətraf ərazilərdə hiss edilib.

Zəlzələ anı “Xəzər TV”nin canlı efiri zamanı da kameralara tuş gəlib.

Televiziyanın səhər proqramının aparıcısı Aytən Səfərova canlı efirdə çilçıraqların silkələndiyini və zəlzələnin aydın hiss olunduğunu qeyd edib.

Canlı efirdən görüntüləri təqdim edirik: