ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən bir daha məyus olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp hazırkı vəziyyətdən narazılığını açıq şəkildə ifadə edib.
“Prezident Putinlə nə baş verəcəyini görəcəyik. İndiyə qədər mən Prezident Putindən çox məyus oldum”, – deyə amerikalı lider qeyd edib.
Tramp həmçinin Ukraynada davam edən münaqişənin hələ də həll edilməməsinə diqqət çəkərək, bununla bağlı narahatlığını ifadə edib.
Tahir Turan