“ABŞ Prezidenti Donald Trampın NATO ölkələri vasitəsilə Ukraynaya silah tədarükü ilə bağlı yeni planı müttəfiqləri xeyli çaşdırıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
“Planın hansı mərhələdə olduğu hələ aydın deyil. Lakin Alyans üzvləri bununla bağlı qəzəblidirlər. NATO-nun iki rəsmisi planda tam olaraq necə iştirak edəcəklərini anlamadıqlarını bildiriblər. Ümumiyyətlə, Vaşinqton və müttəfiq ölkələr tədarükün əsas aspektləri barədə razılığa gəlməlidirlər”, – deyə nəşr yazıb.
Qeyd edək ki, bir gün əvvəl D.Tramp NATO-nun Baş katibi Mark Rutte ilə görüşdə 50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmasa, Rusiya neftini alan ölkələrə 100 faizə qədər ikinci dərəcəli rüsumlar tətbiq ediləcəyini açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az