Tramp belə xatırlanmaq istəyirmiş – İlginc cavab

Tramp belə xatırlanmaq istəyirmiş - İlginc cavab

ABŞ Prezidenti Donald Tramp 2024-cü il iyulun 13-də məruz qaldığı sui-qəsd cəhdindən danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Fox News” kanalına açıqlama verib.

“Unudulmaz bir an idi. Nə baş verdiyini dəqiq bilmirdim və vuruldum”, – deyə Ağ Ev lideri bildirib.

Trampın “Necə xatırlanmaq istərdiniz?” sualına cavabı, xüsusilə diqqət çəkib.

“Yaxşı, həm də ölkəmizi xilas edən biri kimi xatırlanmaq istəyərdim. Mən həqiqətən inanırdım ki, ABŞ dağılmaq ərəfəsindədir”.

Əliyar Xəlil
Globalinfo.az