Rusiya Ukraynadakı silahları İrana verir – Ağlasığmaz səbəb

Rusiya Ukraynada ələ keçirdiyi Qərb silahlarını İrana verib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb.

Məlumata görə, silahlar İrana tədqiqat üçün verilib. Qəzet həmçinin İranın bunun qarşılığında Moskvaya özünün ballistik raketlərinin göndərilməsinə razılıq verdiyini bildirib.

Bununla belə, ABŞ rəsmilərinin baş verənlərlə bağlı səssizlik nümayiş etdirdiyi qeyd edilib. Qəzetə danışan ABŞ hökumət nümayəndələri hələlik Rusiyanın belə addım atması ilə bağlı heç bir işarə görmədiklərini deyiblər.

İlkin Həsənov
Globalinfo.az