
Qətər və Misirdən olan vasitəçilər İsrailin Qəzza ilə bağlı planına düzəliş edəcəyini gözləyirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
“Vasitəçilər İsraildən Qəzza ilə bağlı xəritələrə düzəlişlər etməsini gözləyirlər. Odur ki, İsrail yaxın günlərdə yenilənmiş planını təqdim edə bilər”.
Telekanal onu da bildirir ki, ABŞ prezidentinin xüsusi elçisi Vitkoff Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda hələ iştirak etmir.
Mənbələrinin sözlərinə görə, Vitkoff Dohaya yalnız məsləhətləşmələr son mərhələyə çatdıqda gəlməyi planlaşdırır.
Telekanal əlavə edib ki, Fələstinin HƏMAS hərəkatı hazırda BMT vasitəsilə anklava çatdırılacaq humanitar yardımın keyfiyyəti ilə bağlı bəndlərə düzəlişlər edir.
Əliyar Xəlil