Moskva yaxınlığındakı reyd zamanı təhlükəsizlik qüvvələri tərəfindən 500-dən çox miqrant yoxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının mətbuat xidməti məlumat yayıb.
“Rusiya İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin, hərbi komissarlığın, ərazi təhlükəsizlik idarəsinin, habelə Federal Təhlükəsizlik Xidmətinin Moskva və Moskva vilayəti üzrə əməkdaşları, eləcə də Rusiya Milli Qvardiyasının Baş İdarəsinin “Avanqard” OMON dəstəsi 500-dən miqrantı yoxlayıb. Bir neçə saat ərzində keçirilən reyd zamanı miqrantlar əsasən iş yerlərinin anbarlarında və istehsalat obyektlərində yoxlanılıblar”, – idarədən bildirilib.
Rusiyada qanunsuz yaşayan 150 nəfər müəyyən edilərək daxili işlər orqanlarına təhvil verilib.
Əliyar Xəlil














