İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Cənub Komandanlığı ilə birgə keçirdiyi əməliyyatda Həmas-ın 6 dəniz komandiri öldürülüb.
Globalinfo.az xəbər verir ki, öldürülən terrorçular müharibə zamanı İsrailin mülki əhalisinə və təhlükəsizlik qüvvələrinə qarşı dənizdə terror hücumları planlaşdırıblar.
“Öldürülən terrorçulardan bir neçəsi oktyabrın 7-də vəhşicəsinə qətliamın planlaşdırılmasında iştirak edib”, – İsrail ordusunun bəyanatında deyilir.
İsrail ordusu hazırda HƏMAS-ın dəniz qüvvələrinə qarşı hərbi əməliyyatlar aparır. İsrail ordusu döyüş gəmiləri, silah anbarları və HƏMAS-la əlaqəli digər aktivlər də daxil olmaqla çoxsaylı terror hədəflərini bloklayır.
Əliyar Xəlil