tramp 4

Ağ Ev ABŞ Prezidenti Donald Trampın “Supermen” obrazının fotosunu yayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti X sosial şəbəkəsində müvafiq paylaşım edib.

Bildirilib ki, bu, süni intellekt tərəfindən yaradılan fotoşəkildir.

“Ümid simvolu. “Həqiqət. Ədalət. Amerika yolu. Supermen Tramp”, – deyə mətbuat xidməti yazının altında qeyd edib”.

Xatırladaq ki, bundan əvvəl may ayında Tramp özünün “Roma Papası” kimi göründüyü fotosunu paylaşmışdı.

Əliyar Xəlil
Globalinfo.az

tramp 5

Paylaş: