“Rusiya Prezidenti Vladimir Putin Donald Tramp ABŞ-ın rəhbəri olmayanda onunla telefon danışığı aparmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin Dmitri Peskov TASS agentliyinin sualını cavablandırarkən deyib.
“İş ondadır ki, o zaman telefon danışıqları olmayıb. Başa düşdüyüm qədər, söhbət Trampın hələ ABŞ prezidenti olmadığı dövrdən gedir”, – o bildirib.
Bundan əvvəl CNN Trampın seçki kampaniyasının sponsorları qarşısında çıxışının səs yazısını yayıb. İddialara görə, ABŞ-ın gələcək prezidenti Putini Moskvanı bombalayacağı ilə hədələyib.
Əliyar Xəlil
Globalinfo.az